Air Arabia tərəfdaşları üçün Bakıda biznes səhər yeməyi keçirilib – YENİLİKLƏR VAR

Fevral 13, 2026 15:04 / 130
Air Arabia tərəfdaşları üçün Bakıda biznes səhər yeməyi keçirilib – YENİLİKLƏR VAR
A-
A
A+

Bakıda yerləşən “Boutique 19” hoteldə Air Arabia tərəfindən tərəfdaşlar üçün biznes səhər yeməyi təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə aviaşirkətin region üzrə meneceri Nuket Angin iştirak edərək tərəfdaşlarla görüş keçirib, əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıb. Görüşdə həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasın İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov və üzv şirkətlərin nümayəndələri də iştirak edib. 

Tədbirin əsas məqsədi Air Arabia ilə yerli turizm tərəfdaşları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və yeni imkanların müzakirəsi olub.

Bundan əlavə, tədbir çərçivəsində Air Arabia biletlərinin qaytarılma qaydalarında edilən dəyişikliklər barədə də məlumat verilib:

Basic tarif – uçuşa 24 saat qalmışa qədər 200 AED cərimə ilə bilet üçün ödənilmiş məbləğin qalıq hissəsini kredit vauçeri kimi saxlamaq mümkündür.

Value tarif – uçuşa 24 saat qalmışa qədər:
• 100 AED cərimə ilə məbləği kredit vauçeri kimi saxlamaq;
• və ya 300 AED cərimə ilə ödənişi nağd şəkildə (BSP, credit card, on account) geri qaytarmaq mümkündür.

Ultimate tarif – uçuşa 8 saat qalmışa qədər:
• cəriməsiz şəkildə ödənilmiş məbləği tam olaraq kredit vauçeri kimi saxlamaq;
• və ya 200 AED cərimə ilə ödənişi nağd şəkildə (BSP, credit card, on account) geri almaq mümkündür.

Bu qaydalar səyahət tarixi 15.01.2026 və ondan sonrakı tarixləri əhatə edən biletlər üçün keçərlidir.

Oxşar xəbərlər